Honda "Neftçi"dən ayrılmasının səbəbini açıqladı

Litvanın "Suduva" klubuna keçən yaponiyalı futbolçu Keysuke Honda "Neftçi"dən ayrılmasının səbəbləri haqda danışıb.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bunları deyib:

 

"Klubda mənə müqavilə imzalamağı təklif etdilər. Amma mən həmişə yeni çağırışlar axtarıram. Azərbaycanda çempion olduğum üçün xoşbəxt idim. Ancaq mən beləyəm, yeni çağırış istəyirəm. Ona görə buradayam. Rusiya, Niderland, Meksika və müxtəlif yerlərdən təkliflər almışdım".

 

Honda ötən mövsümün sonunda "Neftçi"dən ayrılıb. O, Bakı klubunun heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub.

Tarix: 25 Sentyabr [00:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Oktyabr 2021
24  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio