"Qəbələ" "Neftçi" ilə heç-heçə etdi

17:08 - 9 Oktyabr 2021

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlığını Bakıda gerçəkləşdirən “Qəbələ” yoxlama görüşü keçirib.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” “Neftçi” ilə qarşılaşıb. Matç Bakıxanov qəsəbəsindəki Türk Hava Yolları Futbol Mərkəzində baş tutub. Baş məşqçi Elmar Baxşıyev bu qarşılaşmada aşağıdakı start “11-liy”inə şans verib: Kristof Atanqana, Urfan Abbasov, Murad Musayev, Stefan Vukçeviç, Kamal Mirzəyev, Məqsəd İsayev, Hüseyn Mürsəlov, Ehtiram Şahverdiyev, Ülvi İsgəndərov, Emil Səfərov, Manaçi Okvara-Nerus.

 

Qarşılıqlı hücumlarla keçən oyunda hesab ilk yarının sonlarında açılıb. Oyunda ilk qolu paytaxt təmsilçisi vurub. Fasilədə və ikinci hissənin gedişində hər iki komandanın heyətində dəyişikliklər olub. “Qəbələ”də Ruan Renato, Rafael Utziq, İsnik Alimi, Asif Məmmədov və Fernan Lopes komanda yoldaşlarını əvəz edib.

 

Görüşün sonlarında “qırmızı-qaralar” bərabərlik qoluna imza atıb. Rəqib qapısına İsnik Alimi yol tapıb – 1:1. Beləliklə, komandamız Bakıdakı yoxlama oyununda qollu heç-heçə ilə ayrılıb.

Xəbər xətti