Nazir cənub bölgəsinə səfər etdi

Gənclər və idman naziri Fərid Qayıbov oktyabrın 12-də ölkəmizin cənub bölgəsində səfərdə olub.

 

Sportal.az xəbər verir ki, səfər çərçivəsində Fərid Qayıbov Lənkəran, Astara, Masallı, Cəlilabad və Biləsuvar Olimpiya komplekslərində olub. Bu idman mərkəzlərində yaradılmış şəraitlə tanış olaraq, onların fəaliyyətləri ilə maraqlanıb, müxtəlif idman növləri üzrə məşq proseslərini izləyib.

 

Gənclər və idman naziri həmçinin, Masallı şəhərində yerləşən Regional Taekvondo Mərkəzində və Regional Boks Mərkəzində, eləcə də Masallı, Lənkəran və Biləsuvar şəhərlərində fəaliyyət göstərən Gənclər Evlərində olub və bu mərkəzlərdə yaradılmış şəraitlə maraqlanıb.

 

Lənkəran Gənclər Evinə baxış zamanı qeyd edilib ki, Uşaq-Gənclər İdman Məktəbinin direktoru, Vətən müharibəsində şəhid olmuş Vüsal Kazımovun qəhrəmanlığı gənc nəslin təlim-tərbiyəsində əsl vətənpərvərlik nümunəsi olaraq göstərilir.

 

Nazir həmin qurğuların gənclərə və idmançılara xidmət səviyyəsinin genişləndirilməsinin önəmini qeyd edib və bununla bağlı müvafiq tövsiyələr verib.

Tarix: 13 Oktyabr [14:39]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Oktyabr 2021
27  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio