Matç yarımçıq dayandırıldı, Məmmədova 4 oyunluq cəza verildi

AFFA İntizam Komitəsi futzal üzrə II Liqada mübarizə aparan “Zülfüqar” komandasına 0:5 hesablı texniki məğlubiyyət verib.

 

Sportal.az xəbər verir ki, buna “Hövsan”la I tur oyununun yarımçıq dayandırılması səbəb olub.

 

Matçın gedişində meydan sahiblərinin 3 üzvü - Elmir Adiyev, Şəhriyar Gülüşov və Elmir Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılıblar. Hər 3 futzalçı 1 oyunluq cəzalandırılıb.

 

Bundan başqa, görüş başa çatdıqdan sonra “Zülfüqar” komandasının digər oyunçusu Vüsal Məmmədov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb və 4 oyun cəza alıb.

Tarix: 14 Oktyabr [17:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Noyabr 2021
26  Noyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio