Polşalı veteran futbolçu: "Mahir Emreli meydanda görünmədi"

Polşa millisinin və "Legiya"nın keçmiş futbolçusu Matsey Slivovski Azərbaycan millisinin Varşava təmsilçisində çıxış edən üzvü Mahir Emrelini tənqid edib.

 

Sportal.az xəbər verir ki, o, Polşa mətbuatına açıqlamasında "Legiya"nın yerli çempionatın son turunda "Lex" ilə matçından (0:1) sonra 24 yaşlı hücumçu haqqında deyib:

 

"Emreli tamamilə meydanda görünmədi. Onu Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi də tənqid etmişdi".

 

"Lex"lə oyuna start heyətində başlayan Mahir Emreli 65-ci dəqiqədə Tomaş Pexartla əvəzlənib.

Tarix: 18 Oktyabr [23:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
6 Dekabr 2021
5  Dekabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio