Türkiyə millisinin baş məşqçisi bu rəqiblərlə qarşılaşmaq istəmir

12:51 - 17 Noyabr 2021

Türkiyə milli komandası DÇ-2022-nni seçmə mərhələsinin son oyununda Monteneqronu 2:1 hesabı ilə məğlub edərək pley-off-a vəsiqə qazanıb.

 

Sportal.az xəbər verir ki, "ay-ulduzlular"ın baş məşqçisi Ştefan Kunts qarşılaşmadan sonra baş tutan mətbuat konfransında açıqlamalar verib. Almaniyalı mütəxəssisin fikirlərini diqqətinizə çatdırırıq:

 

"Oyuna yaxşı başlaya bilmədik. Rəqibin aqressiv oyununa tam reaksiya göstərməyi bacarmadıq. Fasilədə bunu oyunçularıma dedim. İkinci hissədə vəziyyəti düzəltdik və qələbə qazandıq. Komandanın ilk hissədəki oyununa təəccübləndim. Layiq olduğumuz gözəl qələbədi.

 

10 gün sonra pley-off-un püşkü atılacaq. Nənəmin dediyi bir sözlə cavab verəcəyəm: "təsir edə bilməyəcəyiniz şeylərlə bağlı çox düşünməyə gərək yoxdu". Potensial rəqiblərimizin hamısı güclüdü. Qaydalara görə, ilk oyunumuzu səfərdə oynayacağıq. Portuqaliya və İtaliya səfərlərinə getməməyi seçərdim".

Xəbər xətti