"Qarabağ"da inanılmaz insanlarla gözəl anlar yaşamışam" - MÜSAHİBƏ

“Qarabağ”ın sabiq futbolçusu Faysal Reras Sportal.az saytına müsahibə verib. Mərakeşli futbolçu Ağdam klubundakı çıxışını xatırlayıb:

- Son iş yerin Bolqarıstanın tanınmış klubu “Levski” olub. İndi necə, təkliflərin var, yoxsa karyeranı başa vurmaq haqda düşünürsən?
- Doğrudu, son klubum “Levski” olub. Hazırda heç bir komandada oynamıram. İndi yanvara hazırlaşıram. Yeni çağırış olacağına ümid edirəm.

- “Qarabağ”a transferini xatırlayırsan? Maraqlıdı, Ağdam klubuna görə hansı komandalardansa imtina etmişdin?
- İspaniya Sequndasından və Belçika 1-ci divizion klubundan təklif almışdım. Ancaq “Qarabağ”ın təklifi, layihəsi ilə tanış oldum. Ona görə digər təkliflərdən imtina edib, "Qarabağ"a keçidə razılaşdım. 

- “Qarabağ”ın heyətindəki hansı oyunu özün üçün unudulmaz hesab edirsən?
- “Qarabağ”da inanılmaz insanlarla gözəl anlar yaşamışam. İlk matçım “Linfild”ə qarşı idi. Avropa Liqasının pley-off matçının səfərdəki oyununda önəmli qol vurmuşdum.

- Avropa Liqasının oyunlarında oynamadınız. Bunu nə ilə əlaqələndirirsən?
- Doğrudu, Avropa Liqasının oyunlarında oynamadım. Ancaq bu Qurban Qurbanovun verdiyi qərar idi. Mən də onun qərarına hörmətlə yanaşıram. “Qarabağ”da keçirdiyim anlar unudulmaz idi.

- Azərbaycana qayıtmaq ehtimalın var? 
- Əslində, Azərbaycana qayıtmaq ehtimalım var idi. Çünki Premyer Liqadan 1 komanda mənimlə kontakta keçdi. Ancaq sonradan konkretlik olmadı. Ona görə də geri qayıtmağım alınmadı.

Tarix: 22 Noyabr [12:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
1  Dekabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio