Klub prezidenti faciəvi şəkildə ölüb

00:00 - 24 Noyabr 2021

Gürcüstanın “Zestafoni” klubunun təsisçisi və prezidenti, biznesmen İlya Kokaya Qudauri kurortu yaxınlığında Dedaena zirvəsinə qalxarkən faciəvi şəkildə ölüb.

 

Sportal.az xəbər verir ki, o, yıxılaraq başından xəsarət alıb və vəfat edib. Lokaya ilə zirvəni fəth etməyə yollanan iş adamı Levan Muşkudiani əraziyə xilasedicilər çağırıb.

 

65 yaşlı funksioner təcrübəli alpinist olub. O, ötən ay Afrikanın ən hündür zirvəsinə – Kilimancaroya qalxıb.

Xəbər xətti