Konfrans Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı qolu adına namizədlər bəlli olub.
Sportal.az xəbər verir ki, 4 qol arasında "Omoniya"nın futbolçusu Jordi Qomesin "Qarabağ"la Bakıdakı oyunda (2:2) meydanın mərkəzindən vurduğu dəqiq zərbə də var.
İspaniyalı oyunçu ilə yanaşı, Tomi Horvat ("Mura", Sloveniya), Lazaros Xristodulopulos ("Anortosis", Kipr) və Edon Jeqrovanın ("Bazel", İsveçrə) da qolları ən yaxşı adına namizəddir.