Mahir baş məşqçisini qəzəbləndirib

11:30 - 26 Noyabr 2021

"Legiya"nın baş məşqisi Marek Qolebiyevski Mahir Emreliyə qəzəblənib.

 

Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis Avropa Liqasının "Lester"lə oyunundan sonra baş tutan mətbuat konfransında bu haqda danışıb. O, Emrelinin meydanın mərkəzində top itirməsinə verdiyi reaksiyaya aydınlıq gətirib:

 

"Mən meydanda baş verənlərə hər zaman reaksiya verən insanam. Ona görə də reaksiyam belə oldu. Əgər oyunçu səhv edibsə və bu səhv qapımıza qol bahasına başa gəlirə, mənim reaksiyam belə olur".

 

Qeyd edək ki, "Lester" - "Legiya" qarşılaşması İngiltərə təmsilçisinin 3:1 hesablı qələbəsiylə başa çatıb.

Xəbər xətti