Mahirdən qol ötürməsi, "Legiya" qalib gəldi

Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa Ekstraklasasının 16-cı turunda "Yaqelloniya" ilə üz-üzə gəlib.

 

Sportal.az xəbər verir ki, görüş Varşava təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Mahir sonadək mübarizə aparıb. Komandasının yeganə qolunun ötürməsini də Emreli verib. 

 

"Legiya" 7 məğlubiyyətdən sonra qalib gəlib.

 

Bu nəticədən sonra paytaxt təmsilçisi turnir cədvəlində 12 xalla 16-cı pillədə qərarlaşıb. "Legiya" digər komandalardan  2 oyun az keçirib.

Tarix: 28 Noyabr [23:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 Yanvar 2022
28  Yanvar 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio