"Mançester Yunayted" malili yarımmüdafiəçini istəyir

16:50 - 30 Noyabr 2021

"Mançester Yunayted" qış transfer pəncərəsi zamanı heyətini gücləndirməyi planlaşdırır.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin baş məşqçisi Ralf Ranqnikin ilk hədəfi "Leypsiq"in yarımmüdafiəçisi Amadu Haydaradı. "Qırmızı şeytanlar" malili futbolçu üçün Bundesliqa klubuna təklif göndərəcək.

 

Qeyd edək ki, Haydara "Leypsiq"ə 2019-cu ildə "Zalsburq"dan transfer olub. 23 yaşlı yarımmüdafiəçi bu mövsüm Almaniya klubunun heyətində meydana çıxdığı 17 oyunda 3 qol vurub.

Xəbər xətti