"Neftçi"nin Kane transferindən qazandığı məbləğ açıqlandı

"Neftçi"nin Mamadu Kanenin "Olimpiakos"a transferindən qazandığı məbləğ məlum olub.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar" bu keçiddən 680 000 avro gəlir əldə edib. Bu barədə paytaxt təmsilçisinin prezidenti Kamran Quliyev "CBC Sport" kanalında qatıldığı proqramda məlumat verib. "Neftçi" 24 yaşlı yarımmüdafiəçinin  növbəti transferindən də müəyyən qədər faiz əldə edəcək.

 

Qeyd edək ki, Mamadu Kane yayda "Olimpiakos"a transfer olub. Qvineyalı futbolçu cari mövsümün sonunadək icarə əsasında "Neftçi"də çıxış edəcək.

Tarix: 1 Dekabr [13:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Yanvar 2022
24  Yanvar 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio