Mahir Emreli "Legiya"da ayın ən zəif futbolçusu seçildi

Mahir Emreli Polşanın “Legiya” klubunda noyabr ayının ən zəif futbolçusu seçilib.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı hücumçu “Legionisci” nəşrinin versiyasına əsasən, komanda yoldaşı Mattias Yohanssonla birgə -4 xala layiq görülüb.

 

Mahir oktyabr ayında da ən zəif iki futbolçudan biri olmuşdu.

 

Varşava təmsilçisinin argentinalı yarımmüdafiəçisi Jozue isə 3 xalla noyabrın oyunçusu seçilib.

Tarix: 1 Dekabr [17:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Avqust 2022
12  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio