AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Səbail” klubu tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı qərarını açıqlayıb.
Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Apellyasiya Arbitraj Tribunalının qərarına əsasən, “Səbail” klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib.
Belə ki, AFFA İntizam Komitəsinin 05.11.2021-ci il tarixində “Səbail” futbol klubunun oyunçusu Nikolas Raysel və klubun baş məşqçisi Aftandil Hacıyev barəsində, eləcə də klub barəsində verdiyi hər iki qərar qüvvədə saxlanılıb.