Namik Ələskərovun komandasının kubokda rəqibi müəyyənləşdi

13:11 - 3 Dekabr 2021

Türkiyə Kubokunda 1/16 final mərhələsinin püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Nakim Ələskərovun çıxış etdiyi "Bursaspor"un da bu mərhələdəki rəqibi müəyyənləşib. "Timsahlar" 1/8 finala yüksəlmək üçün Super Liqa təmsilçisi  "Qaziantep"lə mübarizə aparacaq.

 

1/16 final mərhələsinin oyunları 28, 29, 30 dekabr tarixlərində baş tutacaq. Bu mərhələ bir matçdan ibarət olacaq və görüş Qaziantepdə baş tutacaq.

Xəbər xətti