"Qarabağ"ın rəqibi qələbə qazana bilmədi

19:29 - 5 Dekabr 2021

"Bazel" İsveçrə çempionatında növbəti oyununu keçirib. 

Sportal.az xəbər verir ki, Konfrans Liqasının H qrupunda "Qarabağ"ın rəqibi olan "Bazel" evdə "Lozanna" ilə qarşılaşıb.

"Qarabağ"ın qrupdakı rəqibi qalib gələ bilməyib və görüş 1:1 hesabı ilə başa çatıb.

Hazırda "Bazel" ölkə çempionatında 30 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

"Bazel"  - "Qarabağ" matçı dekabrın 10-u saat 00:00-da start götürəcək.

Xəbər xətti