"Zirə"nin keçmiş qapıçısı Braziliya klubunda

13:48 - 19 Dekabr 2021

Bu ilin yayında “Zirə” ilə yollarını ayıran Mateus Albinonun yeni klubu məlum olub.

 

Sportal.az xəbər verir ki, braziliyalı qapıçı karyerasını ölkəsində davam etdirəcək. 25 yaşlı "əlcək sahibi" keçmiş klubu "Londrina" ilə razılaşıb. Albinonun keçidi yaxın zamanda açıqlanacaq.

 

Qeyd edək ki, Albino 2020/2021 mövsümündə “Zirə”də çıxış edib.

Xəbər xətti