Murad Musayev qayıtdı, “Sabah” da qış hazırlığına başlayır

00:26 - 6 Yanvar 2022

Komanda məşqlərə yanvarın 6-da Bakıda start verəcək. Artıq “Sabah”ın baş məşqçisi Murad Musayev Krasnodardan Bakıya gəlib, futbolçular da tam tərkibdə məşqlərə hazırdılar.

 

Sportal.az xəbər verir ki, hazırlıq ayın 12-nə kimi Bakıda, yanvarın 12-26-sı aralığında isə Türkiyənin Antalya şəhərində baş tutacaq. Toplanış çərçivəsində 3 yoxlama oyunu olacaq. Rəqiblərdən ikisi (Macarıstanın “Pakş” və Serbiyanın “Mladost”) bəllidir. Digər rəqibin kimliyinə qarşıdakı günlərdə aydınlıq gələcək.

 

Təlim-məşq toplanışına bir neçə əvəzedici heyət üzvünün də qatılacağı ehtimal olunur. Lakin bununla bağlı qərarı baş məşqçi Murad Musayev verməlidir.

Xəbər xətti