Rafael Benites qovuldu

13:27 - 17 Yanvar 2022

İngiltərə Premyer Liqasında baş məşqçi istefası gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, "Everton" Rafael Beniteslə yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Premyer Liqa təmsilçisi 61 yaşlı ispaniyalı mütəxəssisi istefaya göndərdiyini bildirib.

 

Qeyd edək ki, Rafael Benites "Everton"un baş məşqçisi postuna 2021-ci ilin yayında təyin olunmuşdu. Liverpul təmsilçisi Premyer Liqada topladığı 19 xalla 16-cı pillədə qərarlaşıb.

Xəbər xətti