"Beşiktaş"ın baş məşqçisi Qurban Qurbanovla görüşdü - FOTO

12:10 - 25 Yanvar 2022

Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Önder Karaveli Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovla görüşüb.

 

Sportal.az xəbər verir ki, Önder Karaveli bu barədə “instaqram” hesabında paylaşım edib. Karaveli Qurbanovla görüşüb, ona və komandaya Konfrans Liqasında “Marsel”lə oyunda uğurlar arzu edib.

 

Karaveli 2020-ci ildə “Qarabağ”ın akademiyasında çalışıb.

 

Resim

Xəbər xətti