"Barselona" "Bavariya"nın müdafiəçisi Niklas Züle üçün hərəkətə keçib.
Sportal.az xəbər verir ki, mərkəz müdafiəçisi axtarışına çıxan Kataloniya klubu almaniyalını trasnfer etmək istəyir.
Yerli mətbuata açıqlamasında "Bavariya" ilə 2022-ci ilin iyununda başa çatacaq müqaviləsini artırmayacağını bildirən Zülenin "Barsa" rəhbərliyi ilə görüşdüyü və razılıq əldə etdiyi bildirilir. O, yayda klubu azad agent kimi tərk edəcək.