Daha bir ölkə dünya çempionatına vəsiqəni təmin etdi

12:15 - 28 Yanvar 2022

DÇ-2022-nin daha bir iştirakçısı bəlli olub.

 

Sportal.az xəbər verir ki, İran millisi Asiya zonası üzrə seçmə mərhələnin A qrupunun 7-ci turunda İraq yığmasına 1:0 hesabı ilə qalib gələrək mundiala vəsiqəni vaxtından əvvəl təmin edib.

 

Bu qələbədən sonra xallarını 17-yə çatdıraraq liderliyinə möhkəmləndirən İran yığması sona 3 tur qalmış ən yaxın izləyicisi Cənubi Koreyanı 2, Birləşmiş Ərəb Əmirliklərini isə 10 xal qabaqlayır. Bu isə o deməkdir ki, komanda mundiala ən pis halda ikinci yerin sahibi kimi yollanacaq.

 

Daha əvvəl meydan sahibi Qətərdən başqa Almaniya, İngiltərə, Argentina, Belçika, Braziliya, Xorvatiya, Danimarka, İspaniya, Fransa, Niderland, İsveçrə və Serbiya dünya çempionatına vəsiqəni təmin edib.

 

Qeyd edək ki, Qətərin ev sahibliyi edəcək dünya çempionatı 21 noyabr - 18 dekabrda keçiriləcək.

Xəbər xətti