Millimizin baş məşqçisi: "İspaniya ilə matçdakı kimi mübarizə aparmalıyıq"

Bu gün Amsterdamdakı “Ziggo Dome”də Azərbaycan millisinin baş məşqçisi Joze Alesi Da Silvanın iştirakı ilə oyunöncəsi mətbuat konfransı keçirilib.

 

Sportal.az xəbər verir ki, braziliyalı mütəxəssis Bosniya və Herseqovina ilə matçda heyətdə dəyişikliklər edəcəyini bildirib:

 

“Vacib oyundur. Ağır görüş olacaq. Bosniya və Herseqovinanın 2 oyununu izləmişəm. Təşkilatlanmış komandadır. Əlbəttə, bizim üçün çətin bir duel olacaq. Ancaq əlimizdən gələni edəcəyik. Onlar hər iki oyunda yenilsələr də, yaxşı çıxış etdilər. Nəticə qazanmaq istəyiriksə, mütləq intizamlı, istəkli oynamalıyıq. Yəni, İspaniya millisi ilə matçdakı kimi mübarizə aparmalıyıq.

 

Heyətdə müəyyən dəyişiklik ediləcək. Rəqibin zəif cəhəti odur ki, kompakt oynamırlar. Biz də çalışacağıq ki, bundan istifadə edək. Yenə deyirəm, ispanlara qarşı necə oynamışıqsa, futzalçılarımdan həmin oyunu, əzmkarlığı, iradəni gözləyirəm”.

Tarix: 28 Yanvar [16:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio