"Bazel" "Qarabağ"la oyuna görə cəzalandırıldı

16:59 - 29 Yanvar 2022

UEFA "Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən biri "Bazel"i cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb qrup mərhələsinin 6-cı turunda komandanın azarkeşlərinin Ağdam təmsilçisi ilə ev oyununda davranışları olub.

 

Klub fanatları görüşdə ümumi istifadə üçün nəzərdə tutulmuş keçidləri bağlayıb və priotexniki vasitələrdən istifadə edib. "Bazel" keçidlərin bağlanmasına görə 6 min avro, priotexniki vasitələrdən yararlanmalarına görə isə 13 min 750 avro cərimələnib.

 

Qeyd edək ki, "Bazel" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti