"Səbail" qapıçısı ilə yollarını ayırdı

19:59 - 7 Fevral 2022

“Səbail” qapıçısı Nail Alışovla yolları ayırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, onunla müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edilib. Futbolçuya azad agent statusu verilib. 

 

“Səbail” Peşəkar Futbol Klubu futbolçuya klubun kollektivi adından təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

 

Qeyd edək ki, N.Alışov bu mövsüm 2 oyunda meydana çıxıb.

Xəbər xətti