"Liverpul"dan səfər qələbəsi - VİDEO

18:23 - 12 Mart 2022

İngiltərə Premyer Liqasında 29-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Liverpul" səfərdə "Brayton"un qonağı olub. Qarşılaşma Yurgen Kloppun yetirmələrinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 66-ya yüksəldən "Liverpul" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Brayton" isə 33 xalla 13-cü yerdədir.

 

"Brayton" - "Liverpul" 0:2

Qollar: Luis Dias, 19, Məhəmməd Salah, 61 (pen)

 

Xəbər xətti