Ronaldonun het-triki "Mançester Yunayted"ə qələbə qazandırdı - VİDEO

23:30 - 12 Mart 2022

İngiltərə Premyer Liqasında 29-cu turun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, turun mərkəzi matçında "Mançester Yunayted" doğma meydanda "Tottenhem"i qəbul edib. Qarşılaşma "qırmızı şeytanlar"ın 3:2 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 50-yə yüksəldən "Mançester Yunayted" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Tottenhem" isə 45 xalla 7-ci yerdədir.

 

"Mançester Yunayted" - "Tottenhem" 2:2

Qollar: Kriştiano Ronaldo, 12, 38, 81 - Harri Keyn, 35 (pen), Harri Maquayr, 72 (avtoqol)

 

Xəbər xətti