"Beşiktaş"dan 12 milyon avroluq müqavilə

19:58 - 16 Mart 2022

Tqürkiyənin “Beşiktaş” klubu yeni sponsorluq müqaviləsi imzalayıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Qara qartal" “Rain” şirkəti ilə əməkdaşlığa başlayıb.

Razılaşmanın müddəti 2 ildir. Anlaşmaya əsasən, şirkətin adı “ağ-qaralar”ın formasının önündə və "Vodafone Park" stadionunun bir tribunasında əks olunacaq.

"Beşiktaş" bu razılaşmadan iki il ərzində 12 250 000 milyon avro gəlir əldə edəcək.

Xəbər xətti