İngiltərəli məşhur hücumçu karyerasını bitirdi

14:58 - 24 Mart 2022

İngiltərəli futbolçu Cermeyn Defo peşəkar karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, 39 yaşlı hücumçu tvitter səhifəsində paylaşdığı açıqlama ilə futbolla vidalaşdığını bildirib.

 

Karyerası ərzində "Vest Hem", "Tottenhem", "Borntmut", "Portsmut", "Toronto", "Reyncers" kimi klublarda oynamış Defo son olaraq "Sanderlend"də çıxş edib. O, 57 dəfə İngiltərə millisinin formasını geyinib. Təcrübəli forvard peşəkar karyerası ərzində meydana çıxdığı 731 matçda 286 qol və 59 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti