"Bu komanda heç vaxt 0:8 hesabıyla məğlub olmayıb" - FOTO

22:16 - 18 Aprel 2022

Bakının "İnter" (hazırkı "Şamaxı") klubunun sabiq prezidenti Georgi Nikolov feysbukda paylaşım edib.

 

Sportal.az xəbər verir ki, bolqarıstanlı funksioner komandanın Azərbaycan Premyer Liqasının 23-cü turunda "Qarabağ"a 0:8 hesabı ilə məğlub olmasına toxunub. O, klubun "İnter" adlandığı dövrdən şəkil paylaşaraq, "Bu komanda heç vaxt 0:8 hesabıyla məğlub olmayıb" başlığını əlavə edib.

 

Qeyd edək ki, Georgi Nikolov 2006 - 2015-ci illərdə "İnter"in prezidenti olub.

 

Xəbər xətti