"Arsenal" "Yuventus"un futbolçusunu istəyir

10:59 - 14 May 2022

"Yuventus"un futbolçusu Artur Melo komandadan ayrılmaq istəyir.

 

Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə "Arsenal" yaxından maraqlanır. "Sky Sports"un məlumatına görə, London təmsilçisi yayda 26 yaşlı futbolçu üçün "Yuventus"a təklif göndərəcək.

 

Artur Melo "Yuventus"a 2020-ci ilin yayında "Barselona"dan transfer olunub. Braziliya millisinin üzvü cari mövsümdə "ağ-qaralar"ın heyətində meydana çıxdığı 31 oyunda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti