Türkiyəli forvard Fransa klubundan ayrılır

Burak Yılmaz "Lill"dən ayrılacaq.

Sportal.az xəbər verir ki, 36 yaşlı forvard klubla müddəti bitən müqaviləsini yeniləməyəcək.

Burak komanda yoldaşlarına, məşqçilərinə və klubun işçilərinə ziyafət təşkil edib. O, qonaqlıqda ona dəstək olanlara təşəkkür edib.

​2020-ci ilin avqustundan "Lill"də çıxış edən türk hücumçu 72 matçda 25 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb. O, bu komanda ilə Liqa 1-də çempion olub.

Tarix: 18 May [10:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio