Xorvatiya mətbuatı Mahirin "Dinamo"da əsas heyət üzvü olmaq şansından yazdı

Xorvatiya mətbuatı "Dinamo"nun hücum xəttinin sağ cinahındakı rəqabəti müzakirə edərkən Mahir Emrelinin yaxşı şansları olduğunu qeyd ediblər. 

Sportal.az xəbər verir ki, "Sportske novosti" nəşri Azərbaycan millisinin hücumçusu barədə bu cür yazıb:

"Dariyo Şpikiç uzun müddət doğru fürsəti gözlədi. Mövsüm boyu o, “ehtiyat skamyadakı adam” idi. Ardıcıl iki oyunda, hücumun sağ cinahında əsas heyətdə meydana çıxdı özünü göstərdi. Bununla yanaşı o, yeni mövsüm daha vacib rollara namizəd olduğunu nümayiş etdirdi.

Onun əsas rəqibləri Luka Menalo əla matçlar keçirsə də, mövsüm sonunda zədələndi. Mahir Emreli də yaxşı start götürmüşdü. Onun da mövsüm sonunda zədələnməsi işinə yaramadı. Bu yay həmin mövqedə maraqlı rəqabətin şahidi ola bilərik. Menalo, Mahir və Şpikiçdən hansının əsas heyət oyunçusu olacağı isə həm məşqçidən, həm də özlərindən asılı olacaq”.

Tarix: 18 May [21:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio