"Fənərbaxça" mövsümü darmadağınla başa vurdu - VİDEO

12:10 - 22 May 2022

Türkiyə Super Liqasında sonuncu - 38-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Fənərbaxça" səfərdə "Yeni Malatyaspor"un qonağı olub. Qarşılaşma İstanbul təmsilçisinin 5:0 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 73-ə yüksəldən "Fənərbaxça" mövsümü 2-ci pillədə başa vurub. 20 xalı olan "Yeni Malatyaspor" isə aşağı liqaya düşüb.

 

"Yeni Malatyaspor" - "Fənərbaxça" 0:5

Qollar: Serdar Dursun, 32, Serdar Aziz, 57, İrfan Can Kahveci, 75, Enner Valensiya, 77, 89

Qırmızı vərəqə: Baris Basdas, 23

 

Xəbər xətti