Azərbaycan Türkiyə ilə gənclər və idman sahəsində əməkdaşlıq edəcək

Mayın 25-də Bakıda Azərbaycan-Türkiyə idman və gənclər sahəsində əməkdaşlığa dair İşçi Qrupunun ilk iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda birgə təlim məşq toplanışlarının təşkili; milli idman növlərinin inkişafı, məşqçi və hakimlərin hazırlığı, könüllülük, idman tibbi, idman təhsili və idman turizmi sahəsində əməkdaşlıq imkanları, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq; gənclərlə işləyən mütəxəssislərin mübadilə proqramları; gənclər evləri arasında əməkdaşlıq və mübadilə; birgə gənclər günlərinin, festival, müsabiqə və düşərgələrin keçirilməsi; gənclər və tələbə təşkilatları arasında əməkdaşlığın təşviq edilməsi və digər məzələlər müzakirə edilib.

 

Müzakirələrin yekunu olaraq birgə fəaliyyət planının hazırlanması və imzalanması nəzərdə tutulur.

 

Qeyd edək ki, işçi qrupuna Azərbaycandan gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Türkiyədən gənclər və idman nazirinin müavini Halis Yunus Ersöz həmsədrlik edir.

 

 

Türkiyə İşçi Qrupunun Azərbaycana səfəri çərçivəsində idman və gənclər qurğuları ilə tanışlıq da nəzərdə tutulub.

Tarix: 26 May [12:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 İyun 2022
26  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio