Türkiyə millisinin heyətində ciddi itki

22:45 - 27 May 2022

Türkiyə millisi ciddi itki ilə üzləşib. 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  "Kasımpaşa"nın hücumçusu Umut Bozuk məşq zamanı zədələnib. Türkiyəli futbolçu zədə səbəbindən qarşıdakı matçlarda "ay-ulduzlu" komandaya kömək edə bilməyəcək.

Türkiyə millisi UEFA Millətlər Liqası çərçivəsində Farer adaları (4 iyun), Litva (7 və14 iyun) və Lüksemburq (11 iyun) milliləri ilə qarşılaşacaq.

Xəbər xətti