Şenol Günəş Fransa klubunu çalışdıra bilər

Türkiyə milli komandasının keçmiş baş məşqçisi Şenol Günəş ölkə xaricində çalışa bilər.


Sportal.az xəbər verir ki, 70 yaşlı mütəxəssisə Fransadan təklif var. Təcrübəli məşqçinin xidmətində "Sent-Etyenn" maraqlıdır.


Uzun illərdən sonra Fransa I Liqasını tərk edən "ağ-yaşıllar" türkiyəli məşqçinin rəhbərliyi ilə yenidən yüksək liqaya qayıtmağı hədəfləyir.


Məşqçilik karyerası ərzində "Trabzonspor", "Bursaspor", "Beşiktaş" kimi klublarda çalışmış Şenol Günəş bir dəfə ölkə xaricində təcrübə yaşayıb. O, 2007-2009-cu illərdə Cənubi Koreyanın "Seul" klubunun baş məşqçisi olub.

Tarix: 11 İyun [15:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio