"SKA-Xabarovsk"un forvardı hansı klubumuzla danışıq aparır?

Rusiya birinci divizionunda yarışan "SKA-Xabarovsk"un formasını geyinən Kamran Əliyev Azərbaycan klublarından təklif alıb.

Sportal.az saytına etibarlı mənbədən daxil olan məlumata görə, əslən azərbaycanlı olan forvarda Premyer Liqamızdan maraq göstərən klublar var.

"Neftçi" "Ximki" yetirməsi olan 23 yaşlı futbolçunu Azərbaycana gətirmək üçün danışıqlar aparır. Amma onu Azərbaycandan istəyən tək klub "Neftçi" deyil. Mənbənin iddiasına görə, Azərbaycanın U-20 yığmasında Rəşad Sadıqovun rəhbərliyi altında çıxış etmiş Əliyev Rusiya Premyer Liqası təmsilçilərindən təklif almayacağı təqdirdə, ölkəmizə gəlməyə müsbət yanaşacaq.

Forvardın "SKA-Xabarovsk"la müqaviləsi gələn ilin iyunun 30-da başa çatacaq.

Tarix: 22 İyun [22:40]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio