Sadio Mane "Bavariya"nın futbolçusu kimi ilk açıqlamasını verdi

23:46 - 22 İyun 2022

"Liverpul"dan "Bavariya"ya transfer olan Sadio Mane ilk açıqlamasını verib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, seneqallı hücumçu Münhen təmsilçisinə transferi haqda belə deyib:

 

"Beynəlxalq səviyyədə "Bavariya" ilə çox şeyə nail olmaq istəyirəm. "Zaltsburq"da olduğum müddətdə "Bavariya"nın bir çox matçlarını izləmişəm. Bu klubu sevirəm".

 

Qeyd edək ki, Almaniya klubu bu gün 30 yaşlı oyunçu ilə 3 illik müqavilə imzaladığını açıqlayıb. Münhen təmsilçisi Maneyə görə "Liverpul"a 32 milyon avro və əlavə bonuslar ödəyəcək.

Xəbər xətti