"Xəzər dalğası" adlı üzmə yarışının qalibləri müəyyənləşdi

19:44 - 26 İyun 2022

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Xəzər dalğası" dənizdə üzmə yarışı keçirilib.

 

Sportal.az xəbər verir ki, Pirallahı qəsəbəsi, Nərəkənd parkında peşəkarlar və həvəskarlar arasında, 5 yaş qrupunda, ümumilikdə 132 nəfər iştirak edib. Nəticəsindən asılı olmayaraq, finişə çatan bütün iştirakçılara medallar təqdim edilib.

 

Su idman növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə keçirilən kütləvi yarış zamanı, müxtəlif su idman növləri üzrə nümunəvi çıxışlar olub.

 

Həvəskarların yarışında, qadınlar arasında Fateme Təsbihi, Zeynəb Kərimova, Xədicə Həsənova (10-17 yaş), Elena Şipova, Rəbiyyə Orucova (30-39 yaş), Nataliya Mordasova, İrina Litvinçik, Dina Kərimova (40-49 yaş), Alyona Süleymanova (+50) fərqləniblər.

 

Həvəskarların yarışında, kişilər arasında Raul Şamilov, Nurlan Arzumanzadə, Raul İbrahimov (10-17 yaş), Denis Karçaşkin, Cəfər Məmmədov, Rauf Mehtizadə (18-29 yaş), Roman Vladyka, Sergey Burlov, Tural Qasımov (30-39 yaş), Kamil Əliyev, Ülvi Qasımov, Denis Rotkin (40-49 yaş), Elçin Əliyev, Elmar Əliyev, Elçin İsrafilov (50+) öz kateqoriyalarında ilk üçlükdə qərarlaşıblar.

 

Peşəkarların yarışında, kişilər və qadınlar arasında isə Əbdürəhman Rüstəmov, Seyid Həmidov, Oqtay Hüseynov (10-17 yaş), Ayan Kələntərova, Aysel Səfərova, Aylin Xoşbəxt (10-17 yaş), Rəşad Alquliyev, Nihat Yusibov, Vəli İsrafilov (18-29 yaş), Fatima Alkaramova, Dana Şandibina (18-29 yaş) öz kateqoriyalarında müvafiq olaraq ilk üç yeri tutublar.

 

Sonda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları və medallar təqdim olunub.

Xəbər xətti