"Neftçi"nin rəqibindən 4 cavabsız qol

12:59 - 27 İyun 2022

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Aris" hazırlığı davam etdirir.

 

Sportal.az xəbər verir ki, Kipr klubu Latviya toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib. Limassollular yerli "Riqa" klubu ilə qarşılaşıb və 4:0 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, "Neftçi" "Aris"lə ilk oyunu iyulun 21-də səfərdə, cavab görüşünü isə ayın 28-də isə Bakıda keçirəcək.

Xəbər xətti