"Qarabağ"ın rəqibi isveçlini transfer edəcək

12:37 - 28 İyun 2022

Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi "Lex" daha bir futbolçunu transfer etməyə hazırlaşır.

Sportal.az Polşa mətbuatına istinadən xəbər verir ki, Poznan klubu "Rusenborq"da oynayan Pavle Vaqiçi transfer etmək niyyətindədi.

"Lex"in yaxın günlərdə isveçli futbolçu ilə müqavilə imzalayacağı gözlənilir. 

İsveçin U-21 yığmasında oynamış 22 yaşlı müdafiəçi “Malmö”, “Myalbü”, “Eskilstuna” klublarının formasını geyinib. 

"Qarabağ"ın "Lex"ə qarşı oyunları iyulun 5-də və 12-də keçiriləcək. 

Xəbər xətti