"Liverpul" futbolçusunu "Monako"ya satdı

20:39 - 28 İyun 2022

Fransanın "Monako" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "knyazlıq" təmsilçisi "Liverpul"un yarımmüdafiəçisi Takumi Minaminonu transfer edib. Bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Yaponiyalı futbolçu ilə 4 illik müqavilə imzalanıb. "Monako"nun 27 yaşlı futbolçu üçün İngiltərə klubuna 15 milyon avro ödədiyi bildirilir.

 

Takumi Minamino "Liverpul"a 2020-ci ilin yanvarında "Zaltsburq"dan transfer olunub. Yaponiya millisinin üzvü başa çatan mövsümdə Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 22 matçda 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Resim

Xəbər xətti