"Kəpəz"dən növbəti legioner transferi

13:06 - 7 İyul 2022

"Kəpəz" daha bir futbolçu ilə müqavilə bağlayıb.

 

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi cinah yarımmüdafiəçisi mövqeyində oynayan gürcüstanlı Mate Kvirkviya ilə bir illik müqavilə imzalayıb. 26 yaşlı futbolçu son olaraq "Qaqra" klubunun şərəfini qoruyub.

 

Mate vətənində "Dinamo" (Tbilisi) və "Torpedo" (Kutaisi) klubları ilə Gürcüstan çempionu olub. Müxtəlif yaş qrupları üzrə yığmalarda çıxış edib.

 

Qeyd edək ki, "Kəpəz" daha əvvəl gürcüstanlı Giorgi Kantariya ilə sözləşmə imzalayıb.

Xəbər xətti