"Turan Tovuz" "Zenit"in yetirməsini transfer etdi

16:13 - 20 İyul 2022

Yeni mövsümün hazırlığını davam etdirən "Turan Tovuz" növbəti transferini rəsmiləşdirib.

 

Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi Rusiyanın "Zenit" klubunun yetirməsi olan Ayxan Hüseynovu transfer edib.

 

23 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Rusiyada "Ural-2", "Leninqradets" və "Nijni Novqorod" komandalarının da formasını geyinmiş forvard 2014-cü ildə Azərbaycanın U-16 yığmasına da dəvət alıb.

Xəbər xətti