"Turan Tovuz" burkina fasolu müdafiəçi transfer etdi

12:31 - 4 Avqust 2022

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisi müdafiəçi Ben Aziz Daonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə bir illik müqavilə bağlanıb.

O, ölkəsində “Salitas”, “Santos”, “Duan”, Qanada “Akkra Layons”, Belarusda “Slutsk” və “Smorqon” komandalarında çıxış edib. Dao Burkina Fasonun 20 yaşlılardan ibarət milli komandasının da şərəfini qoruyub.

Xəbər xətti