"Neftçi" yeni transferi ilə müqavilə müddətini açıqladı

18:08 - 8 Avqust 2022

"Neftçi" növbəti transferini rəsmiləşdirib.

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Bakı klubunda Vato Arveladze ilə 1+1 il şərtli müqavilə imzalanıb. 24 yaşlı yarımmüdafiəçi 18 nömrəli formanı geyinəcək.

Vato Arveladze Gürcüstanın “Lokomotiv” (Tbilisi, 2015-2018, 2020), Polşanın “Korona” (2018-2020) və Türkiyənin “Fatih Karagümrük” (2020-2022) klublarında çıxış edib. O, Gürcüstanın U-17, U-19 və U-21 (15 oyun, 3 qol) yığmalarının da sabiq üzvüdü. 2019-cu ildə isə Arveladze əsas millidə debüt edib, 2 oyuna 1 qol vurub.

Xəbər xətti