Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslamiada da voleybol üzrə milli komandamız ilk görüşünə çıxıb.
Sportal.az xəbər verir ki, B qrupunda yer alan yığmamız Seneqalla üz-üzə gəlib.
Millimiz rəqibini asanlıqla məğlub edib. Voleybolçularımız matçı 3:0 (25:7, 25:6, 25:10) qalib başa vurub.
Yığmamız qrupda Əfqanıstan və Kamerun millilərilə mübarizə aparacaq.