Yığmamız yoxlama görüşündə qalib gəldi

10:05 - 11 Avqust 2022

Bakıda təlim-məşq toplanışını başa vuran 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, “Sabah”ın U-17 komandası ilə üz-üzə gələn yığmamız 6:0qalib gəlib. U-16-nın qollarını Ramin Əvəzov, Babamirzə Mehdiyev, Eltun Babazadə, Murad Əbilov, Ziya Şəkərxanov və Ümid Səlimov vurub.

​U-16 əvvəlki oyunda “Sabah”ın eyni yaş qrupundan ibarət komandası üzərində 4:1 hesablı qələbə qazanmışdı.

Xəbər xətti